Tanınmış taksi şirkəti müştərilərini belə aldadır – ŞİKAYƏT

SOSİAL 11 iyn 2019, 15:51

“Salam Taksi”-*9933 şirkəti sərnişinləri aldadır.


Bu haqda şirkətdən şikayətçi olan vətəndaş Bizimyol.info redaksiyasına müraciət edib.

 

O bildirib ki, şirkətə Şüvəlandan Sumqayıta getmək üçün taksi sifariş edib. Şirkətdən gedişhaqqının 16.7AZn olduğu bildirilir. Onun sifarişinə gələn 90-TH-671 dövlət nömrə nişanlı, “Mitsubishi” Pajero markalı avtomobil sürücüsü ona narahatçılıq yaşadıb, səhv yerdə saxlayaraq cərimələndikdən sonra onunla kobud davranıb və gedişhaqqıdan 2 dəfə artıq çox pul alıb.

 

Səbəb olaraq isə cərimənin yarısının müştəri tərəfindən ödənilməsi kimi göstərib. Lakin şikayətçi vətəndaş öz şikayətini *9933 nömrəsinə bildirmək istəsə də operatorlar onun şikayətini qeydə almayaraq onu +994124099933 nömrəsinə yönləndiriblər. Həmin nömrənin isə zəngləri qəbul etməyib və qeyri-işlək olub.

 

Məsələ ilə bağlı şirkətlə və sözügedən əlaqə nömrə ilə əlaqə saxlamağa çalışsaq da buna müvəffəq ola bilmədik.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top