Yasa gedərkən qəzaya düşdülər — Maşın yandı

HADİSƏ 11 iyn 2019, 11:24

Qax rayonunda maşın qəzaya düşərək yanıb.


Demokrat.az xəbər verir ki, hadisə rayonun Qorağan kəndi istiqamətində baş verib.


Sumqayıt şəhər sakini Ağayev Aqşin Xəlilağa oğlu “Cherry”  avtomobilin idarəetməsini itirərək yol kənarındakı ağaca çırpılıb.


Qəza nəticəsində maşın yanıb, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və avtomobil söndürülüb.


Sürücü A.Ağayev və 3 sərnişin xəsarət alıb. Onlar Sumqayıt şəhərindən Qax rayonuna yasa gedirlərmiş. (qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top