Vahid Əhmədovun efirdəki bu çıxışı tamaşaçılar tərəfindən alqışlandı — VİDEO

MARAQLI 11 iyn 2019, 09:20

İctimai Televiziyanın efirində çıxış edən deputat Vahid Əhmədov bundan əvvəl banklara ünvanladığı ritorik sualını yenə təkrar edib.


O deyib: “Necə olur ki, banklar əmanəti əhalidən 12 faizlə alır, amma krediti 25 faizlə verir?!” 


Banklar Assosiasiyası nümayəndəsinin: “O kreditlərin alıcısı olmasa, bank o faizləri qoymaz, bank faizlərini bazar iqtisadiyyatı tənzimləyir” sözlərinə də Vahid Əhmədov sərt cavab verib: 


“Mən razı deyiləm. Biz iqtisadçıyıq. Rəqəmlər var. Bankın xərcləri 3-4 faiz olsun. Birdən-birə 13-14 faiz ola bilməz axı”. 


Tamaşaçılar Vahid Əhmədovu alqışlayıblar.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top