Ən yaxşı kameralı smartfonlar müəyyən edildi

“DP Review” nəşriyyatının mütəxəssisləri dünyada ən yaxşı kameralara sahib olan smartfonların siyahısını tərtib edib.


Demokrat.az-ın məlumatına görə, siyahı “DP Review” saytında yerləşdirilib.


Siyahıdakı hər bir cihaz konkret çəkiliş məsələlərinin icrası üçün daha effektiv olan kamera ilə təchiz olunub.


Siyahı beş nominasiya üzərində tərtib olunub. Xüsusilə, buna universal smartfon, video çəkilişi üçün, ən yaxşı zum və portretlər, həmçinin ən yaxşı büdcəli kamera daxildir.


Ən universalı “Pixel 3” çıxdı. Smartfon özünü həm mənzərə, memarlıq, insanlar, əşyaların çəkilişi, həm də bir çox digər məsələlərinin icrası zamanı yaxşı göstərib. 


O, “f/1.8” aperturalı 12,2 Mp görə 1,4 mikronluq piksel ölçülü kameraya sahibdir.


Video yaradılması üçün ən yaxşı smartfon kimi “iPhone XS” seçilib. Onun vasitəsilə sahibi, öz rəqiblərini nəticə üzrə qabaqlayaraq, 4K icazəli və saniyədə 60 kadr tezliyilə videoçarxlar yarada bilir.


“Huawei P30 Pro” zum imkanlarına görə liderlik edir. Onun vasitəsilə görüntünü optika hesabına görə beş dəfə böyütmək olur. Üstəlik, cihaz hibrid 10-qat zumla təchiz olunub.


Portret çəkilişi isə yenə də ən yaxşı “Pixel 3”-də alınır. Xüsusilə, burada həm insan konturunun daha ifadəli seçilməsi, həm də fonun bulanıqlığı var.  Digər smartfonlar belə effektə nail ola bilmir.


Nəhayət, siyahıda ən yaxşı büdcəli kamera daha əlçatan “Pixel 3a” modelində oldu. Onun kamerası xəttin top versiyasının kamerası ilə analoji olduğu üçün nəticə eynidir.(İnsider.az)

10 İyun 2019, 20:13   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß