Bakı-Batumi avtobus reys işə başlayır — QİYMƏTLƏR

HADİSƏ 10 iyn 2019, 19:54

İyuldan etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi avtobus reysi həyata keçiriləcək.


Demokrat.az xəbər verir ki, avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı çərşənbə, cümə və bazar günləri yerli vaxtla saat 10:00-da olacaq. 


Biletin bir istiqamət üzrə qiyməti 40 AZN təşkil edir.


Bakı-Batumi reysinə biletlərinin satışı həm BBAK-ın kassalarından, həm də onlayn şəkildə həyata keçirilir. 


Biletləri “Qabaqcadan satış” kassaları və onlayn qaydada 10 gün öncədən 1 gün öncəyədək əldə etmək mümkündür.


Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərtilə) pulsuzdur. Beş yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top