“Ege hospital”da ölüm hadisəsi ilə bağlı AÇIQLAMA

KRİMİNAL 10 iyn 2019, 13:43

“Ege Hospital” bu klinikada baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.


Hospitaldan “Report”a daxil olan açıqlamada deyilir ki, Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində “Ege Hospital”ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılıb: 


“Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunub. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişib. Qeyd etmək istəyirik ki, müvafiq şəxsə “Ege Hospital”da heç bir əməliyyat icra olunmayıb.

 

15:02

 

Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.


“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında qeydə alınıb.


Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.


Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top