Zaur: “Oteldə cibimə 500 dollar basdı” — VİDEO

Tanınmış aparıcı Zaur Baxşəliyev ən çətin vaxtlarında ona maddi dəstək olan insandan danışıb.


Demokrat.az Yenicag.az-a istinadla xəbər verir ki, aparıcı 2008-ci ildə Türkiyədə olarkən, əməkdar artist Baloğlan Əşrəfovun ona maddi yardım etdiyini bildirib:


"Türkiyədə çətin durumdaydım, sıxıntım vardı. Təsadüfən Baloğlan müəllim mənə zəng etdi.


Dedi ki, hardasan, gəl. Qaldığı otelə getdim. Qayıdanda, gördüm, cibimdə pul var. Xəlvət cibimə 500 dollar basıb.


Bu günə qədər onu unuda bilmirəm. Pulu cibimə necə qoymuşdusa, xəbərim olmamışdı".

 
ATV-nin "ZaurlaGünaydın" verilişindən olan görüntüləri təqdim edirik.

 

10 İyun 2019, 12:37   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin