Azərbaycanda bu şəxslər 700 manat müavinət alacaq

SOSİAL 10 iyn 2019, 10:18

Baş Nazir Novruz Məmmədov "İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.

 

Demokrat.Az xəbər verir ki, qərarın 1-ci hissəsində "400” rəqəmləri "700” rəqəmləri ilə əvəz edilib.

 

Qeyd edək ki, həmin qərara görə insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə 400 manat məbləğində müavinət müəyyən edilirdi.

 

Dəyişikliyə görə bu məbləğ 700 manata qədər artırılıb. 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top