“Ermənistanın törətdiyi növbəti qanlı əməl gərginliyi artırmağa xidmət edir” — XİN

GÜNDƏM 09 iyn 2019, 23:13

Xarici İşlər Nazirliyi iyunun 9-da Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı bəyanat yayıb.


Demokrat.az-ın məlumatına görə, bəyanatda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq və bölgədə gərginliyi artırmağa xidmət etdiyi bildirilir.


“Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir”, – deyə bəyanatda qeyd olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top