Daha bir hərbiçimiz düşmən təxribatının qarşısını alarkən şəhid oldu

HADİSƏ 09 iyn 2019, 18:40

İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Gədəbəy rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Xəlilov Elşən Vüqar oğlu şəhid olub. 


Demokrat.az Ordu.az-a istinadən məlumata verir ki, o, SVD markalı snayperlə vurulub. 


Şəhid hərbi qulluqçumuz Gədəbəy rayonunun İnəkboğan kəndində dəfn edilib. 


O, bir il idi ki, hərbi xidmətdə olub.


Ailənin tək oğul övladıdır, birinci qrup əlil xəstə bacısı var. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top