Qazaxıstanı etiraz aksiyaları bürüdü — FOTOLAR

DÜNYA 09 iyn 2019, 22:15

İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. Amma Qazaxıstanın müxtəlif şəhərlərində minlərlə insan küçələrə çıxaraq, etiraz aksiyaları keçirirlər. Aksiyalar icazəsiz olduğundan polis mitinq iştirakçılarını həbs edir.


Bizimyol.info xəbər verir ki, paytaxtda keçirilən mitinqdə 1000-ə yaxın etirazçının iştirak etdiyi bildirilir.


Etirazçılar seçkinin qeyri-demokratik və ədalətsiz keçirildiyini, nəticələrin öncədən məlum olduğunu deyir.


Qazaxıstanın daxili işlər nazirinin birinci müavini Marat Qocayev bildirib ki, Nursultan və Almatı şəhərlərində keçirilən aksiyalarda 100-ə qədər adam saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top