Rusiya polisi 7 ermənini saxladı

DÜNYA 08 iyn 2019, 22:46

Rusiya polisi xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Nikita Belyankinin qətlə yetirilməsi ilə əlaqədar 7 ermənini saxlayıb.


Demokrat.az xəbər verir ki, polis Moskvada inşaat şirkətlərindən birinin rəhbəri David Yegizaryanı həbs edib. Beləliklə, qətl hadisəsi ilə əlaqədar 7 nəfər, o cümlədən Rusiya vətəndaşları Sergey Xocayan, Rudik Manukyan, Artur Akobyan və Suren Markosyan, Ermənistan vətəndaşları Narek Stepanyan və Saak Saakyan saxlanılıblar. Sergey Xocayan qətli törətməkdə, qalanları isə xuliqanlıqda təqsirləndirilir.


Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisənin bütün iştirakçıları müəyyən edilib. Onlardan bir neçəsi barədə axtarış elan olunub.


Xatırladaq ki, Nikita Belyankin iyunun 2-də Moskva vilayətinin Krasnoqorsk rayonunda milliyyətcə rus olan iki nəfərin çoxlu sayda erməni tərəfindən döyülməsinin şahidi olub. Təklənmiş şəxslərə köməyə gələn Belyankin ürəyindən aldığı bıçaq yarası nəticəsində dünyasını dəyişib.(Azərtac)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top