Millimiz Macarıstana uduzdu — YENİLƏNİB

İDMAN 08 iyn 2019, 21:50

Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir.

Qol.az xəbər verir ki, yığmamız evdə Macarıstanı sınağa çəkib. Birinci turda Xorvatiyaya uduzan komandamız bu dəfə də məğlub olub – 1:3.

Qeyd edək ki, bu gün E qrupunda millimizin matçı ilə yanaşı, Xorvatiya – Ules oyunu da keçirilib və meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

Əlavə edək ki, yığmamız növbəti oyunun iyunun 11-i evdə Slovakiyaya qarşı keçirəcək.

E qrupu

20:00. Azərbaycan – Macarıstan- 1:3
Qollar: Orban, 18 (0:1), 53 (0:2), Mahir Əmrəli, 68 (1:2), Holman, 71 (1:3)
Baş hakim: Kevin Blom (Hollandiya)
Bakı, “Bakcell Arena”

***

Macarıstan yığması AVRO-2020 seçmə mərhələsində Azərbaycan milli komandası ilə oyunda hesabda növbəti dəfə önə çıxıb.

“Report” xəbər verir ki, Botond Barat qarşılaşmanın 53-cü dəqiqəsində komandasının ikinci qolunu vurub.

***

AVRO-2020: Azərbaycan – Macarıstan oyununda hesab açılıb.

“Report” xəbər verir ki, rəqib matçın 18-ci dəqiqəsində hesabı açıb. Macarıstan yığmasının heyətində Villi Orban fərqlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top