"Kimlərsə tapşırıq verib ki, Heydər Əliyevin anım tədbirlərini işıqlandırmayın" — Tanınmış diaspor liderindən ŞOK AÇIQLAMALAR

GÜNDƏM 08 iyn 2019, 17:20

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar Ermənistanın idman, mədəniyyət və turizm naziri İştan Zakaryanın başçılıq etdiyi nümayəndə heyətinin Qarsa qonaq çağırılmasından danışıb. 


Bilal Dündar Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan diaspor bu cür gözlənilən hadisələrə qarşı hələ də tədbirli deyil:


"Qarsa erməni rəsmilərinin səfəri birinci dəfə deyil. Bundan öncə də belə səfərlər təşkil olunub və yəqin ki, yenə olacaq. Bütün bunları bildiyimiz üçün biz dəfələrlə müvafiq şəxslərə müraciət etmişik. Bilirsiniz, tək əldən səs çıxmaz. Biz təkbaşına mübarizə aparırır. Ancaq Diasporla İş üzrə Dövlət Komitəsi bizə dəstək vermir. Konkret misallar göstərə bilərəm. Bu yaxınlarda Ulu öndər Heydər Əliyevin 10 may doğum günü və 28 may Respublika Günü ilə bağlı silsilə tədbirlər təşkil etdik. Hər bir tədbirlərə də Azərbaycan tərəfini dəvət edirik. Ancaq Diasporla İş üzrə Dövlət Komitəsi bizə ögey münasibət bəsləyir. Hətta, bizə dəstək vermək bir yana qalsın, Türkiyədə keçirdiyimiz tədbirlərin belə Azərbaycan mətbuatında işıqlandırılmasına mane olurlar. Sanki diasporadan kimlərsə Azərbaycan mediasına tapşırıq verib ki, Bilal Dündarın gördüyü işləri, o cümlədən Ulu öndər Heydər Əliyevin anım tədbirlərini işıqlandırmayın. Nə səbəbə? Məgər Bilal Dündar Ulu öndər Heydər Əliyevin doğum və ya anım günləri ilə bağlı tədbirlər təşkil etməklə pis işlər görürmü? Yaxud da 28 may Respublika Günü ilə bağlı tədbirlər təşkil etməklə pis addım atırıqmı?".

 

Görüntünün olası içeriği: 1 kişi


Bilal Dündar qeyd edib ki, Azərbaycan diasporunun parçlanmasının əsas səbəbi bəzi dövlət məmurlarının səhv hərəkətlərilə bağlıdır:


"Bizə dəstək vermək əvəzinə ayağımızın altını qazmaqla məşğuldurlar. Bu cür şəraitdə diaspora quruculuğu mümkün ola bilərmi? Şübhəsiz ki, xeyr. Biz Azərbaycanın rəsmi şəxslərinə əvvəlcədən deyirik ki, gəlin bunu edək, yoxsa ermənilər bizə qarşı iş aparacaq. Bizi eşitmək istəmirlər. Əbəs yerə də dövlətin pulunu gərəksiz yerlərə xərcləyirlər".

 

Related image

 

Xatırladaq ki, Ermənistanın idman, mədəniyyət və turizm naziri İştan Zakaryanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə gedib. 


Səfər Türkiyənin Qars Bələdiyyəsinin dəvətilə reallaşıb. 


Səfər zamanı erməni naziri İrəvan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan və onun müavini Aşot Soğomonyan müşayiət edib. 


Erməni nümayəndə heyəti Türkiyənin Qars şəhərində bir sıra görüşlər keçirib. Görüşün sonunda isə erməni nümayəndə heyətinə Qars Bələdiyyəsi rəhbərliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.  

 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top