Nazirin işdən qovduğu rəis müavini Hacı Mazanın qohumu çıxdı

GÜNDƏM 08 iyn 2019, 17:44

Məlum olduğu kimi, Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsində gənc vəkil Orxan Kəngərlinin fiziki şiddətə məruz qalmasında adı hallandırılan polis əməkdaşları cəzalandırılıb.

Daxili işlər naziri Ramil Usubovun əmri hadisədə adı hallanan Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəis müavini Yalçın Yaqubov Daxili İşlər Orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov isə tutduğu vəzifədən azad edilib.

Bakupost.az işdən çıxarılan rəis müavini haqqında məlumatlar əldə edib. Yalçın Yaqubov Masallı rayonunun Yeddioymaq kəndindəndir. O, “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun qardaşı ilə qudadır.

“Hacı Mazan”ın Binəqədi rayonunda, məhz 4-cü polis bölməsinin ərazisində törətdiyi hadisə ilə bağlı cinayət işinin istintaqı davam edir. Ötən ilin avqustunda “Hacı Mazan” Faiq Seyfullayev adlı şəxsin evinə hücum çəkərək, ona bədən xəsarətləri yetirmiş, həmin vaxt orda olan Xəzər telekanlının əməkdaşlarına da zor tətbiq etmişdi. Polis əməkdaşları Ramazan Zeynalovu polis bölməsinə aparılsa da, rəis müavini Yalçın Yaqubovun müdaxiləsi ilə həm iş adamı, həm də onunla birlikdə olan adamları sərbəst buraxılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top