Saakaşvili seçkilərə öz partiyası ilə qatılacaq

SİYASƏT 08 iyn 2019, 19:40

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş meri Mixeil Saakaşvili özünün “Yeni güclərin hərəkatı” partiyası ilə Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə M.Saakaşvili rəsmi “Facebook” səhifəsində paylaşdığı videoda bildirib.

Qeyd edək ki, bundan əvvəl Kiyev şəhərinin meri Vitali Kliçko Saakaşviliyə özünün “Udar” partiyasına rəhbərlik etməyi təklif edib. M.Saakaşvili V.Kliçkonun təklifini qəbul etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top