Vəkili döyən polislər işdən çıxarıldı

HADİSƏ 08 iyn 2019, 16:58

Binəqədi RPİ-nin 4-cü Polis şöbəsində vəkil Orxan Kəngərlini döyən polislər vəzifədən azad edilib.


Demokrat.az xəbər verir ki, bu haqda sosial şəbbəkədə vəkil Anar Qasımlı məlumat yayıb. 


O, qeyd edib ki, verilən məlumatlara görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə, Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top