Polis Şuşaya yürüş edən Ramin Hacılını saxladı — VİDEO

HADİSƏ 08 iyn 2019, 16:37

Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində saat 16:00-a Qarabağlı aksiya keçirməyi planlaşdıran Azərbaycan Avropa hərəkatının prezidenti Ramin Hacılı ilə əlaqə kəsilib.


Demokrat.az xəbər verir ki, 3 gündür Horadizə doğru piyada yol gedən R.Hacılı son olaraq, saat 13:45-də öz profilində Füzuli rayonundan canlı yayıma qoşulub. 


Canlı yayım zamanı bir dəstə polis ona yaxınlaşıb və araşdırma apardıqlarını bildiriblər. Daha sonra polislər R.Hacılının əlindən telefonu alıb və canlı yayımı dayandırıblar. Ondan sonra R.Hacılı ilə əlaqə kəsilib, telefon zənglərinə isə cavab yoxdur.


Füzuli Rayon Polis Şöbəsindən Qaynarinfo-ya məsələ ilə bağlı heç bir açıqlama verə bilməyəcklərini bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top