ABŞ İrana qarşı yeni sanksiya tətbiq etdi

DÜNYA 08 iyn 2019, 14:19

ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Sərvətlərin Nəzarət ofisi (OFAC) İranın ən böyük neft-kimya firması olan İran Körfəzi Neft Kimya Sənaye Şirkət (Persian Gulf Petrochemical Industries Company/PGPIC) və onun 39 alt şirkətini sanksiya siyahısına aldığını açıqlayıb.

 

OFAC-dan verilən yazılı açıqlamaya görə, sanksiyanın səbəbi sözügedən şirkətlərin İranın İnqilab Keşikçiləri Ordusuna məxsus olan «Khatam al-Anbiya» adlı inşaat şirkətinə maddi dəstək verməsi olub.

 

Açıqlamada bildiridir ki, «Khatam al-Anbiya» və «Basij Cooperative Foundation» kimi firmalar İranın ticarət və maliyyə bazarında böyük paya malikdir.
Bu firmalar müdafiə, inşaat, havaçılıq, neft, bank, metal, avtomobil və mədənçıxarma kimi milyard dollarlıq dövriyyələri nəzarətdə saxlayır, bununla da İnqilab Keşikçilərinə maddi dəstək verirlər.

 

Açıqlamada o da bildirilir ki, sözügedən şirkətlər İranın neft-kimya sektorunun 40%-ni əlində saxlayır və İranın ümumi neft-kimya ixracının 50%-nə malikdir.

 

Sanksiya qərarı ilə bağlı açıqlama verən ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, ABŞ belə firmaları hədəfə götürməklə İnqilab Keşikçilərinə dəstək verən şirkətlərin maliyyə mənbələrini kəsmək niyyətindədir. Həmin təşkilata dəstək olan şirkətlərə qarşı sanksiyalar davam edəcək. (FED.az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top