Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli yenidən dəyişdirilir

SOSİAL 07 iyn 2019, 23:45

18 iyundan etibarən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.

 

Demokrat.Az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən 702/701 nömrəli sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədi ilə bu qərar qəbul edilib.

 

O qeyd edib ki, qatar Bakıdan saat 08:00-da yola düşəcək, Gəncəyə saat 12:15-də çatacaq, əks istiqamətdə isə qatar Gəncədən saat 18:00-da yola düşəcək və Bakıya saat 22:15-də çatacaq.

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top