Nikola Yurçeviç: "Sabahkı görüşlə bağlı optimistəm"

İDMAN 07 iyn 2019, 21:38

"Hər şeydən razıyam. Çox şadam ki, zədəli futbolçumuz yoxdur. Dünən Riçard Almeydanın kiçik problemi var idi. Ancaq hazırda yaxşıdır. İsrafilovun da zədəli olması bizim problemlərimizdən biridir. Macarıstan çox güclü rəqibdir, Xorvatiyanı məğlub edib. Rəqibi təhlil etmişik. Sabahkı görüşlə bağlı optimistəm". 


Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. 


53 yaşlı mütəxəssis sabahkı görüşdə qapıda Səlahət Ağayevə şans verəcəyini deyib. O bildirib ki, ilk matçda Ağayev yaxşı çıxış edib: "Növbəti oyunlarda da ona şans verəcəyəm. Emil Balayev də yaxşı qapıçıdır". 


Yurçeviç U-21-in Lixtenşteynə uduzması barədə də danışıb: "Bu, bizim oyunumuza təsir etməyəcək. Həmin matça baxdım. Ağır məğlubiyyət oldu. Komanda yaxşı çıxış etdi. Əslində, yaxşı komandadır. Ümid edirəm ki, qarşıdakı matçlarda yaxşı nəticə qazanacaqlar". 


Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək. (Report)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top