“İçərişəhərdə tikintiyə icazə yoxdur" – Sədr Əsgər Ələkbərov

GÜNDƏM 07 iyn 2019, 18:54

"İçərişəhərdə istisna hallarda tikinti işlərinə icazə verilə bilər, ümumilikdə isə tikinti işləri qadağandır".

 

Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov jurnalistlərə açıqlamasında deyib. 

 

O bildirib ki, İçərişəhər daxilində tikinti-bərpa işlərinə icazə birbaşa Qoruq tərəfindən verilir:

 

“İçərişəhərdə tikintiyə icazə yoxdur. Lakin 2008-ci ildə təsdiq edilən qaydalara uyğun olaraq bəzi şərtlər altında bərpa işlərinə icazə verilir. Bundan başqa, yalnız qəzalı olan binanın köhnə tipologiyasının qorunması şərtilə təmirinə icazə var. Başqa heç bir halda hər hansı tikinti işlərininin aparılmasına yol verilmir”. (Oxu.Az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top