Babək prospektində su borusu partladı

HADİSƏ 07 iyn 2019, 17:19

Bakının Babək prospekti 56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus su xəttində qəza baş verib.

 

Bu barədə Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.


Məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılır.


“Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - məlumatda bildirilir. (“Report”)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top