Fuad Abbasova 50 il ərzində Rusiyaya getmək qadağan olunub

GÜNDƏM 07 iyn 2019, 15:27

Azərbaycanlı jurnalist Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.


“Report”un Rusiya bürosu mötəbər mənbələrə istinadən xəbər verir ki, bu barədə qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən çıxarılıb.


Ötən gün Fuad Abbasovun şikayət ərizəsini qəbul etməyən Moskva Vilayət Məhkəməsi əvvəlki məhkəmə qətnaməsini qüvvədə saxlayıb.


F.Abbasov bu gecə Moskva-Bakı təyyarə reysi ilə Rusiyadan deportasiya olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top