Satılmayan biletlərin pulunu Azərbaycan ödəyib — ŞOK İDDİA

GÜNDƏM 07 iyn 2019, 10:58

Bakıda keçirilən UEFA finalının satılmayan biletlərin pulunu hökumət ödəyib.


Demokrat.az xəbər verir ki, məlumatı İngiltərənin günlük 400 min tirajlı "The Times” qəzeti yayıb. 


Xəbərdə deyilir ki, 536 milyon avroya başa gələn Bakı Olimpiya Stadionunda Avropa Liqasının final oyunu üçün bilet çox az satılıb. 


Azərbaycan hakimiyyəti yerli əhaliyə bayraq verib və onları bilet almadan stadiona doldurub: "Bütün dünya üzərindən izlənən oyunda hökumət boş oturacaqlardan utandığı üçün UEFA-dan icazə almadan qərar verib”.


"Çelsi və Arsenal klubları üçün ayrılan 6000 min biletin təxminən yarısı geri qaytarılmışdı. 

 

Image result for chelsea arsenal baku 2019


Səyahət etməli olduqları məsafəyə birbaşa və uyğun biletlər olmadığı üçün azərkeşlər çətinlik yaşayıb,”-deyə qəzet bildirib. 


Xəbər həmçinin Niderland mərkəzli "RTL News” kanalı və "Het Laatste Nieuws” qəzetində yer alıb.


Mayın 29-da Bakıda keçirilən Avropa Çempionatının final oyunu üçün toplanan bilet gəlirlərini, hökumət əvvəlcədən razılaşdırılmış şəkildə UEFA-ya verəcəkdi.(Toplum.TV)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top