"O, vəzifə işğal etmiş biridir..." — İmamoğlunu VİP-dən buraxmadılar

DÜNYA 06 iyn 2019, 21:44

Trabzon, Giresun və Orduda camaatla görüşdən dönən CHP-nin İstanbul şəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu Ordu Hava Limanında gözlənilməz hadisə ilə üzləşib.


Demokrat.az Türkiyə mətbuatına istinadla bildirir ki, hava limanına CHP-li deputatlarla gələn İmamoğluna VİP girişdən keçid qadağan edilib.


Bu barədə faktı təsdiq edən İmamoğlu deyib ki, VİP keçiddən deputatlarla birlikdə buraxılmamasına Ordu valisi Seddar Yavuz əmr verib: 


"Millet vəkilimizlə bəraber təyyarəyə minəcəkdik. Ancaq vali deputatlarla birlikdə olsa belə VİP-dən keçidimə icazə verilməməsi haqda təlimat veribmiş. Biz də o biri qapıdan istifadə etdik".


Daha sonra İmamoğlu valinin mitinqə müdaxilə cəhdini də tənqid edib: 


"Biz Orduda xalqla görüş mitinqində olarkən, vali  "Tez bitirsinlər, yoxsa müdaxilə edərək" deyib. Vali bəy dövlət adamı deyilmiş, o, Orduda vəzifə işğal etmiş biriymiş".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top