Zəhra diləndirilən zaman tapılıb — FOTOLAR

GÜNDƏM 06 iyn 2019, 18:28

İyunun 4-də axşam saatlarında naməlum şəkildə yoxa çıxan Zəhra Bağırzadə bu gün tapılıb.


Demokrat.az xəbər verir ki, Zəhranı öz qohumları Nizami rayonunda yerləşən 8-ci kilometr bazarı ərazisində dilənən zaman tapıblar.


Nitqində nisbətən qüsur olan Zəhra baş verənləri hələlik izah edə bilmir.


Tibbi müayinəyə aparılan Zəhranın öz məhəllələrinə yaxın ərazidə yaşayan qaraçılar tərəfindən qaçırıldığı ehtimal edilir.


Musavat.com xatırladır ki, son bir neçə gündə polis şəhərin qaraçılar yaşayan ərazilərində əməliyyat-axtarış işləri aparıb. Biləcəri, Suraxanı, "Vorovski" kimi ərazilərdə kompakt yaşayan qaraçıların evlərinə daxil olaraq, itkin düşən uşağın izlərini axtarmağa cəhd ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top