“Şəhidlərimizin qanını yerdə qoymaq ən böyük günahımızdır” - Afaq Bəşirqızı

SOSİAL 06 iyn 2019, 17:09

“Ramazan bayramı münasibətilə bütün xalqımı təbrik edirəm. Xalqım mənim canımdır və mən xalqımla fəxr edirəm”.

 

Demokrat.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı Ramazan bayramı münasibətilə xalqımızı təbrik edərkən deyib. 

 

Xalq artisti, həmçinin bütün müsəlman aləminin bayramını təbrik edib: “Ramazan bütün müsəlmanların müqəddəs bayramdır, ruzi-bərəkət bayramıdır, birlik bayramıdır. Harada müsəlman adı çəkilirsə, hansı bir hadisə, hansı bir söz müsəlmana şamil olunursa, deməli, bütün müsəlmanlar bu bayramı qiymətləndirməlidirlər. Müsəlmanların bir-birinə qarşı mehribançılığı, dəyərləndirmə hissi daha da güclənməlidir. Bütün müsəlmanların birliyini istəyirəm”.

 

Afaq Bəşirqızı ən böyük arzusunun Qarabağla bağlı olduğunu da dilə gətirib: “Xalqımın sabahını daha aydın görmək istəyirəm. Xalqımın qalibiyyətini görməyi, itirdiyimiz torpaqların geri qaytarılmasını arzu edirəm. O torpaqları xalqımız geri qaytaracaq, xoşluqla geri qaytarmayacaqlar. Ən böyük arzum budur ki, bu torpaq üzərində, bu Vətən üstündə canlarından keçən, müqəddəs qanlarını tökən şəhidlərimizin qanı yerdə qalmasın. Bizim bugünkü anımız üçün özlərini qurban verən şəhidlərimizin qanını yerdə qoymaq bizim ən böyük günahımızdır”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top