"Zəhranın axtarışları intensiv şəkildə davam etdirilir" — Bakı Şəhər Baş Polis İdarəsi

GÜNDƏM 06 iyn 2019, 13:33

Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovanın axtarışlarını intensiv şəkildə davam etdirir.


Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.


Z.Bağırovanı görənlərdən yaxınlıqdakı polis bölməsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.


Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top