İsti hava Hindistanda insanların ölümü ilə nəticələnib

Hindistanın şimalında isti insanların nəfəsini kəsir.


Adamlar istidən sözün birbaşa mənasında qırılırlar.

 

Bizimyol.info xəbər verir ki, temperaturun 50 dərəcəyə çatması xeyli adamın ölümünə səbəb olub. Təkcə son günlər 7 nəfər həyatını itirib.

 

Ən böyük isti zərbəni Çuru şəhəri alıb. Temperatur burada 50,6 dərəcəyə çatıb. Şimalda təkcə Racastan ştatında yox, bir çox başqa yerlərdə də istidən əziyyət çəkirlər.

 

Xeyli böyük şəhərlərdə şaylar, göllər qurumağa başlayıb. İçməli su qıtlığı yaranıb. Su çatışmazlığı kənd təsərrüfatında da qabarıq hiss olunur.

 

Bid şəhərinin əhalisi paltar yumaq və təmizləməkdən imtina edib. Ümid bu həftə yağması gözlənilən yağışlaradır. Qlobal istiləşmə Hindistan yarımadasına xüsusilə son 10 ildə böyük zərbə vurur.

 

 

5 İyun 2019, 22:57   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß