SOCAR Rusiyanın ən böyük zavodlarından birini aldı

İQTİSADİYYAT 05 iyn 2019, 20:49

SOCAR və “Sberbank”ın ortaq müəssisəsi olan “SOCAR Enerqoresurs” müflis olmaq ərəfəsində olan “Antipinsk” neft emalı zavodunun səhmlərinin 80%-ni əldə edib.

 

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı “Sberbank” yayıb.

 
Qeyd edək ki, “Antipinsk” zavodunun SOCAR tərəfindən alınacağı ilə bağlı məlumatı bundan öncə “Kommersant” qəzeti yaymışdı.
 

Tümendə yerləşən “Antipinsk” neft emalı zavodunun satışına əsas səbəb onun maliyyə problemləri və borcları olub. Bu borclar ucbatından “Sberbank” zavodun sahibi olan “Nyu Strim Qrup” şirkətinə öz menecerlərini göndərərək, onun əsas səhmlərinə nəzarəti ələ alıb və zavodun aktivlərinin satılması üçün müştərilər axtarmağa başlayıb.
 

“Antipinsk” neft emalı zavodunun istehsal gücü 9 milyon tondur. 2016-cı ildə bu zavod Rusiyanın 200 böyük özəl müəssisəsi arasında gəlir həcminə görə 43-cü yeri tutub.


Zavodun səhmlərinin 80%-i Dmitri Mazurova, 20-i isə Rusiya Prezidenti Vladimir Putinin kurs yoldaşı Nikolay Yeqorova məxsus olub. Bu zavoda əsas dəstəyi Tümenin keçmiş, Moskvanın hazırkı meri Sergey Sobyanin göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top