"Yaxşı ər olsaydı, evimdə oturardım" — Mətanət Əsədova

Müğənni Mətanət Əsədova ATV-də yayımlanan "Ulduzlu yayım" proqramının qonağı olub.


Demokrat.az-ın məlumatına görə, sənətçi sənətdən getmək istədiyini açıqlayıb:


"Allah mənə səs, gözəl görünüş, yaxşı qəlb və ağıl verib. Fiziki cəhətdən qüsursuz insanam. Allah nə etməli idi, mükəmməl ər verməli idi? Yaxşı ər olsaydı, evimdə oturardım.


Sonuncu dəfə mikrofonu sizin yanınızda əlimə götürəcəkdim, daha sonra bu sahə ilə vidalaşacaqdım. Problemlərimi həll etmək üçün oxuyuram. Qəşəng geyinib, səhnəyə çıxmaqla insan xoşbəxt olmur. Bir damcı səsim tələbatımı həll edib. Oxumasam, acından ölərəm".(Axşam.az)

5 İyun 2019, 19:35   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin