Millət vəkilindən mandatını təhvil verməsini tələb etdilər

HADİSƏ 05 iyn 2019, 18:44

Ermənistan parlamentində hakim "Mənim addımım” fraksiyası milyader Qaqik Sarukyandan deputat mandatının təhvil verilməsini tələb edir.


"Report” "Qraparak” nəşrinə istinadən xəbər verir ki, hakim fraksiya bu məsələdə vahid mövqedən çıxış etmir.


"Bəziləri bu məsələnin həllində israrlıdır. Fraksiyanın bir qismi isə hesab edir ki, Sarukyanla bağlı məsələyə daha həssas yanaşmaq lazımdır. Bununla belə onların hamısı Sarukyanın parlamentdə təmsil olunmaması məsələsində eyni mövqeydədir. Onlar Sarukyan baş nazir Nikol Paşinyana zəng edərək görüşməsini hiddətlə qarşılayırlar”, - qəzet yazıb.


Qeyd edək ki, Ermənistan qanunlarına əsasən, deputat sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top