Fransa məhkəməsi Arnuvil ilə Qarabağ separatçıları arasında “saziş”i ləğv etdi

Azərbaycan XİN Fransanın Serji-Pontuaz İnzibati Məhkəməsinin bu ölkənin Arnuvil şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanmış 22 oktyabr 2018-ci il tarixli “saziş”in ləğvinə dair qərarını alqışlayıb.


Məhkəmə qərara alıb ki, Arnuvil başçısı Paskal Doll və Xocavənd rayonu separatçılarının rəhbəri arasında saziş qanunsuzdur, hüquqi qüvvəyə malik deyil və Fransanın beynəlxalq öhdəliklərinə ziddir.


Fransa hökuməti tərəfindən Arnuvil merinə qarşı iddia ölkənin regionları ilə əməkdaşlıq haqqında qanunun maddəsinin pozulması ilə əlaqədar qaldırılıb.


XİN mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması, yüz minlərlə insanın zorla qovulduqları evlərinə geri dönüşünün qarşısının alınması, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi, bu gün bölgədə davamlı sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır.


“Fransada, eləcə də dünyanın digər məntəqələrində yaşayan ermənilər anlamalıdırlar ki, bölgənin, ilk növbədə Ermənistanın gələcək inkişafı məhz ölkələr arasında normal qonşuluq münasibətərinin yaradılması, işğalçılıq siyasətinə son qoyulması və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasıdan asılıdır.”

5 İyun 2019, 13:39   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß