Bakıda 22 yaşlı gənci qatar vurdu — Hər iki ayağı kəsildi

HADİSƏ 05 iyn 2019, 10:55

Biləcəri rayonu Dəmir yol stansiyasında, daş bazarının yaxınlığındada qatar dəmiryol xəttini keçən 22 yaşlı oğlanı vurub.


Hadisəni təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, təcili tibbi yardıma çağırış saat 05:51 dəqiqələrində daxil olub:


"Hadisə yerinə gələn həkim briqadası piyadanın ayaqlarının qatar altında qalmasını görüb. Ağır xəsarət alan gənc travmatologiya instituna çatdırılıb. Həkimlər yaralının hər iki ayağını amputasiya etməli olublar. Baş vermiş hadisə barədə Binəqədi Rayon Polis İdarəsi məlumatlandırılıb".(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top