Diasporadan yazan jurnalistlərlə Bakıda görüş keçirildi — FOTOLAR

MARAQLI 05 iyn 2019, 09:42

İyunun 4-də Bakıda Rusiya Azərbaycanlıları İttifaqı tərəfindən Azərbaycanın aparıcı KİV təmsilçiləri ilə görüş təşkil edilib. 


Demokrat.az xəbər verir ki, görüşdə Rusiya Azərbaycanlıları İttifaqının rəhbəri Fizuli Məmmədov, ölkənin tanınmış jurnalistləri, media ekspertləri və blogerlər iştirak ediblər. Dəvət olunan qonaqların əksəriyyəti Rusiya və Azərbaycan arasındakı hümanitar münasibətləri və diaspora mövzusunu işıqlandıran şəxslər olublar.


Tədbiri giriş sözü ilə açan Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov Rusiya-Azərbaycan münasibətlərinin vacib amillərindən olan diasporun, o cümlədən Rusiya Azərbaycanlıları İttifaqının fəaliyyətini işıqlandıran jurnalist həmkarlarına öz təşəkkürünü bildirib. 


Rusiya Azərbaycanlıları İttifaqının fəaliyyəti haqqında geniş məlumat verən tanınmış jurnalist Anar Həsənov bildirib ki, təmsil etdiyi təşkilat az müddət ərzində Rusiyada yaşayan soydaşlarımızın maraq müdafiəçisi imicini qazanıb. 


Fikir mübadiləsi Ramazan bayramı öncəsi baş tutan iftar süfrəsi arxasında davam etdirilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top