"Qarabağ" daha bir ispaniyalı futbolçu ilə anlaşıb

İDMAN 04 iyn 2019, 17:46
"Qarabağ" klubu daha bir ispaniyalı futbolçu ilə anlaşma əldə edib. Bu barədə "Report"a klubun prezidenti Abdolbari Goozal məlumat verib. Lakin A.Goozal həmin oyunçunun adını və mövqeyini açıqlamayıb. Onun sözlərinə görə, yeni transfer zəngin karyeraya malikdir. Öz növbəsində klubun mətbuat katibi Nurlan İbrahimov bir neçə oyunçu ilə prinsipial anlaşma əldə etdiklərini, amma rəsmi müqavilə bağlanılmadığı üçün ad açıqlaya bilmədiklərini söyləyib: "Bizim prinsipimiz belədir ki, texniki cəhətdən problem yaranmaması üçün futbolçu ilə müqavilə bağlanmadan adını açıqlamağı düzgün saymırıq. Lakin deyə bilərəm ki, həmin oyunçu ön xətdə çıxış edir". Qeyd edək ki, hazırda "Qarabağ"da daha 2 ispaniyalı futbolçu forma geyinir. Bunlar yarımmüdafiəçilər Miçel və Danidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top