"Kimsə gəlib şlaqbaum qoyub ki, buradan avtomobil getməsin" — Komitə sədri

SOSİAL 04 iyn 2019, 15:52

"Dayanacaqların əsasnaməsi olmalıdır".


Oxu.Az-ın xəbərinə görə, bunu iyunun 4-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin növbəti iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə söyləyib.


Komitə sədri deyib ki, hazırda təzə dayanacaqlar yaradılır.


“Bakıda, Nizami rayonu ərazisində, 8-ci km-də Birinci vitse-prezidentin tapşırığı ilə çox gözəl park salınıb. Bu təşəbbüs təqdir edilməlidir. Amma kimsə gəlib orada şlaqbaum qoyub ki, buradan avtomobil getməsin. Bundan bələdiyyələrin xəbəri var?


Yəqin ki, orada yaşayan əhalinin avtomobilləri varsa, kart almalıdır. Tutaq ki, birinin ağır yükü var, taksi ilə gəlmək istəyir, necə olacaq? Yaxud təcili yardım maşını lazım olsa, bu məsələ necə tənzimlənəcək?


Ümumiyyətlə, bu dayanacaqların bir Əsasnaməsi olmalıdır”, - deyə komitə sədri əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top