“Azərbaycanda nə qədər korrupsioner var, görkəmli şəxs olur...”

MARAQLI 04 iyn 2019, 15:23

“Bizim ölkəmizdə böyük anormallıq hökm sürür, paradoksal mənzərə yaranıb. Azərbaycanda nə qədər korrupsioner, rüşvətxor, miləti sevməyən insanlar var, dünyanın şərəfli orden və medallarına, görkəmli şəxslər siyahısına layiq görülür”.


Demokrat.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Gənclər və idman naziri Azad Rəhimovun 2019-cu ildə "Formula 1" üzrə ən görkəmli 100 şəxsinin siyahısına düşməsinə münasibət bildirərkən deyib. 


O, bildirib ki, görünür, xarici dövlətlərə bu cür insanlar lazımdır. 


“Onlar Azərbaycan üçün hələlik elə də bir iş görmürlər. Formula-1 yarışında biz nəyə nail olduq? Orada əsas məqsəd nə idi? Məqsədi bilmədik. Gəldilər, 3-4 dənə maşın vızzz belə getdi, belə gəldi... Bununla dünya şöhrətli insan olmaq mümkündürsə, nə bilim vallah. 


Azad müəllimdir də, özü üçün yaşayır. Oğlu da orada 20 milyonluq tenderin sahibi oldu. 


Bu günə qədər Azərbaycan müstəqilliyinin bərpa olunmasında, inkişafında elə bir xidmətlərini görməmişəm. Azad Rəhimovla komsomol yoldaşı olmuşuq. İdmanımızda elə bir uğur yoxdur, elə bir komandamız yoxdur ki, bu il dünya çempionatında çıxış etsin. Mən indi böyük nailliyyət görmürəm, nəyə görə onu görkəmli şəxs kimi görüblər, onu təltif edən qrumdan soruşmaq lazımdır. 


Dünyanın da xarabı çıxıb. Ədalətsizlik hökm sürür, ağla qara seçilmir. Amma kimin pulu var Nobel mükafatı da ala bilər. Hər şey pulla ölçülür. Bizdə də yoxdur da, neylək. Gedək, adlar alaq. 


Səsi olmayan artistlər ad alır, dövlətə xəyanət edən insanların hamısı böyük vəzifələrə çəkilir. Ölkədə çeviriliş etməkdə müstəsna xidmətləri olan vəzifəli şəxslər daha da böyüyür. Vaxtilə Heydər Əliyevə xəyanət edənlərin hamısı irəli çəkilir. Bunların hamısı paradoksal vəziyyətdir. Dünyanın qanunları tərsinə işləyir. 


Azərbaycanın müstəqlliyində böyük təhlükə yaranıb. Ermənilər Dağlıq Qarabağa məsələsində heç bir güzəştə getmirlər. Özümüzün də elə bir qeyrətimiz yoxdur ki, erməni dığalarını burdan qıra-qıra İrəvana qədər aparıb tökək. Bu işi görsəydik, Azad Rəhimov Nobel mükafatına da layiq görülərdi. Amma nə xarici siyasətimizdə, nə daxili siyasətimizdə, nə idmanımızda bunu görə bilmirik”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top