Beynəlxalq Miqrasiya Təşkilatının təmsilçiləri nazir Ramin Quluzadə ilə görüşdü — FOTO

MARAQLI 04 iyn 2019, 13:09

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə ilə görüşüb.


Demokrat.az xəbər verir ki, Qyorqiyev BMqT-nin tarixi, prinsipləri, təşkilatın layihələri, beynəlxalq, regional və ölkə daxili məsələlərdə onun rolu, nailiyyətləri, beynəlxalq və regional miqrasiya prosesləri barədə ətraflı məlumatlar verib.

 
Nazir Quluzadə də öz növbəsində Nazirliyin layihələri haqda qonağa ətraflı məlumat verərərək, qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. 


Ümumilikdə grüşün məqsədi BMqT və Nazirliyin  qarşılıqlı əməkdaşlığı çərçivəsində strateji prioritetlərin və innovasiyaların tətbiqinə dair fikir və məlumat mübadiləsi aparmaq olub. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top