"Elə an olmur ki, şəhid ailələrini, maddi imkanı zəif olanları düşünməyək" - Hadi Rəcəbli

SOSİAL 04 iyn 2019, 11:40

"Bəzi hallarda Milli Məclislə bağlı yanlış fikirlər yayılır. İnanın, elə an olmur ki, şəhid ailələrini, maddi imkanı zəif olanları düşünməyək".

 

Demokrat.Az-ın "Report"a istinadən xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

 

Onun sözlərinə görə, bu, qanunlarda da nəzərə alınır: "Təbii ki, bu addımların arxasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Prezidentin və Birinci vitse-prezidentin istəyi zaman-zaman həyata keçir".

 

H.Rəcəbli qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə daim diqqət və qayğı göstərilir:

 

"Vətən uğrunda canından keçənlər bizim üçün əzizdir".

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top