Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

İQTİSADİYYAT 03 iyn 2019, 20:36

Bu ilin mart ayında Azərbaycan Türkiyəyə 772,64 mln. kubmetr təbii qaz ixrac edib.

 

Bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.


 
Məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 30,7% çoxdur. Martda Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 17,98% olub.


 
Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycandan Türkiyəyə 2 264,2 mln. kubmetr təbii qaz ixrac edilib. Bu, ötən 2018-ci ilin ilk rübü ilə müqayisədə 31,4% çoxdur. Bununla da Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkədir.


 
Qeyd edək ki, Rusiya Türkiyəyə qaz ixracına görə liderdir. Bu ilin ilk üç ayında Rusiyadan Türkiyəyə təxminən 4,45 mlrd. kubmetr təbii qaz ixrac olunub. İkinci yerdə qərarlaşan İran isə bu ilin yanvar-mart ayları ərzində Türkiyəyə 2,34 mlrd. kubmetr qaz nəql edib.


 
Xatırladaq ki, ümumilikdə isə ötən ilin yanvar-mart aylarında Türkiyə 10,11 mlrd. kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin eyni ayına nisbətən 8,3% azdır. (FED.az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top