Elçin Əlibəyli Kəramət Böyükçölü “tərbiyəsizsiniz” adlandırdı — VİDEO

ŞOU-BİZNES 03 iyn 2019, 15:59

“Space” televiziyasında yayımlanan Elçin Əlibəylinin “El bizim, sirr bizim” verlişində yenə efirə yaraşmayan hadisə baş verib. 


Demokrat.az xəbər verir ki, tanınmış jurnalistin verlişində bu dəfəki mövzu “Atalar və oğullar” olub. 


Verlişə şair Qəşəm Nəcəfzadə və yazıçı oğlu Kəramət Böyükçöl də dəvət olunub. 


Mövzunun müzakirəsi zamanı K.Böyükçöl bildirib ki, müsahibələrinin birində atasının ona tərbiyə vermədiyini söyləməsi cəmiyyətdə birmənalı qarşılanmayıb: 


“Hamı o dəqiqə fikirləşdi ki, bu nə deyir? Atam mənə tərbiyə verməyib nə deməkdir? Yaxşı, gəlin görək ata tərbiyəsi nədir? Danışanda ütülü danış, bura Azərbaycandır, ata tərbiyəsi bizdə budur da. Deyiblər eləmə, biz də buna tərbiyə demişik. Bu mənada atam mənə tərbiyə verməyib”.


Bu məqamda Elçin Əlibəyli K.Böyükçölə “Deməli, tərbiyəsizsiniz… Belə çıxır da, bu ölçülərə”-deyərək sözünü kəsib. 


E.Əlibəylinin bu sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirə mövzusu olub.(AzEuroNews.com)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top