Sabiq Daxili işlər naziri İsgəndər Həmidovda ŞİŞ TAPILDI

HADİSƏ 03 iyn 2019, 09:12

Sabiq Daxili işlər naziri İsgəndər Həmidovun səhhəti ilə bağlı açıqlama yayılıb.


Onun sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilir ki, uzun sürən müayinələrdən sonra, ağır durumda olan İsgəndər Həmidovun sağlamlıq durumunun nəticələrinə dair cəmiyyətdə yayılan, həqiqətə uyğun olmayan informasiyaların qarşısının alınması üçün onun real vəziyyəti ilə bağlı məlumat vermək zəruri hesab edilib.


Ürəyindən əməliyyat olunması üçün xaricə aparılan İsgəndər Həmidovun böyrəyində kreatinin yüksək olduğu aşkarlandığı üçün əməliyyat həyatına ciddi təhlükə hesab edildiyindən həkimlər əməliyyatı qəti şəkildə mümkünsüz hesab edib. 


Aparılan müayinələr nəticəsində müəyyən olub ki, İsgəndər bəyin sağ böyrəyində 4, sol böyrəyində isə 3 şiş var. Bununla yanaşı, onurğasında da şiş aşkar edilib. Bütün bunları nəzərə almaqla əməliyyat ertələnib və günlərlə ağır durumda olan İsgəndər Həmidovun səhhətinin müəyyən qədər toparlanması üçün çalışılıb. 


Sağlıq durumu ağır olduğu üçün bu müddət ərzində onunla görüşmək mümkün deyil. Həkimlər hər cür söhbətin və bunun nəticəsində yaranacaq həyəcanın onun həyatı üçün təhlükə olduğunu bildirirdilər. Bundan başqa, aparılan müayinələr nəticəsində ikinci ağır durum ortaya çıxıb, şişlərlə bağlı biopsiya edilib və dəqiq nəticəyə gəlmək üçün əkilməyə verilib. 


Bu müddət ərzində həkimlər İsgəndər Həmidovun əsəbiləşməsinin və gərginləşməsinin qarşısını almaq üçün ölkə daxilində və xaricində baş verən bütün informasiyalardan kənar olmasını vacib hesab etdiyindən, heç kimə onunla görüşmək imkanı vermədikləri üçün İsgəndər bəyin AXH idarə heyətinin üzvləri və sıravi üzvlərinin həbsi barədə heç bir məlumatı olmayıb. 
Həkimlərin yekun rəyinə əsasən, İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmağa davam edir. Lakin bütün bunlara baxmayaraq, İsgəndər bəy Azərbaycana qayıtmağa qərar verib. Bu qərara həkimlər etiraz edib və İsgəndər Həmidova bütün bunlarla bağlı, xəstəlik tarixçəsi haqqında həm şifahi, həm yazılı şəkildə məlumat təqdim edilib. 


Belə olan halda İsgəndər Həmidovun müalicəsinin ev şəraitində davam etdirilməsi şərti ilə ölkəyə qayıtmasına icazə verilib. Bununla yanaşı, həkimlər İsgəndər Həmidovun 6 ay müddətində hər hansı bir aktiv fəaliyyətlə məşğul olmasını qəti surətdə qadağan ediblər. Bu 6 ay içində isə müayinə və müalicə üçün mütləq yenidən geri qayıtmağı tövsiyə ediblər.


Bütün bunları nəzərə almaqla İsgəndər Həmidov iyun ayının 8-də Bakıya qayıdacaq.(Yeni Sabah)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top