Fransa vətəndaşları barəsində edam hökmü qərarı çıxarıldı

DÜNYA 02 iyn 2019, 21:02

İraq məhkəməsi 2 nəfər Fransa vətəndaşına qarşı ölüm hökmü qərarı çıxarıb.


Demokrat.az xəbər verir ki, İŞİD terrorçu qruplaşmasında iştirak etməkdə şübhəli bilinərək saxlanılan fransızların təqsiri sübuta yetirilib.


Məhkəmə araşdırması zamanı məlum olub ki, Fransa vətəndaşları 3 il ərzində İŞİD terrorçu qruplaşmasının tərkibində döyüşlərdə, həmçinin İraq şəhərlərində törədilən dağıntılarda, qanunsuz edam aksiyalarında iştirak ediblər.


Xatırladaq ki, İraq qanunlarına əsasən, terrorçuluqla məşğul olan şəxslər edam cəzasına məhkum olunurlar.(E-huquq.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top