Ermənilər işğal altında olan Xankəndində futbol turnirinin açılışını etdilər — Rəsmi Bakı hələ də SUSUR (VİDEO)

HADİSƏ 02 iyn 2019, 12:52

Xəbər verdiyimiz kimi, dünən axşam işğal altında olab Xankəndi şəhərində seprtaçı ermənilər tərəfindən təşkil olunan "beynəlxalq" futbol turnirinin açılışı olub. 

 

Demokrat.az xəbər verir ki, "Avropa Kuboku -2019" adlanan bu turnir separatçı rejimləri, həmçinin tanınmayan ya da qismən tanınan ölkələri bir arada birləşdirən Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən keçirilir.


ConİFA-nın rəsmi saytında yer alan məlumatdan belə görünür ki, "Avropa Kuboku -2019"da 8 komanda iştirak edir.  İştirak edəcək komandalar 2 qrupda mübarizə aparacaq. 


Həmin komandalar bunlardı:


1 -ci qrup


- Artsax (Azərbaycan)
- Laplandiya (Finlandiya)
- Abxaziya (Gürcüstan)
- Çameriya (Yunanıstan)


2 -ci qrup


- Padaniya (İtaliya)
- Qərbi Ermənistan (Türkiyə)
- Sekelistan (Rumıniya)
- Cənubi Osetiya (Gürcüstan)


Açıqlanan məlumatlardan belə görünür ki, "Avropa Kuboku -2019" çərçivəsində baş tutacaq oyunlar  Xankəndi, Ağdərə və Əsgəranda keçiriləcək.


Qeyd edək ki, mərkəzi qərərgahı İsveçin Luleo şəhərində yerləşən Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) 2013-cü ilin 7 iyun tarixində qurulub. Bugünə kimi müxtəlif futbol turnirlərinin təşkilatçısı olan bu qurumun tərkibində erməniləri təmsil edən iki komanda yer alır. Bunlardan biri "Dağlıq Qarabağ", digəri isə "Qərbi Ermənistan" adlanır. "Qərbi Ermənistan" komandası  Türkiyəyə ərazi iddiası irəli sürən bir qrup erməninin kağız üzərində qurduğu xəyali dövləti -  "Qərbi Ermənistan"ı təmsil edir.  


Xatırladaq ki, ConİFA tərəfindən təşkil olunan bundan əvvəlik - "Avropa Kuboku -2017" turniri 4-11 iyul 2017-ci il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində keçirilib.


Onu da bildirək ki, 2012-ci ildə təsis olunduğu deyilən "Artsax Futbol Federasiyası" 2014-cü ildən ConİFA-da təmsil olunur.


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva isə bildirib ki, ölkəmizin işğal olunmuş ərazilərində keçirilən, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən “konfederasiya”nın təşkil etdiyi oyunlar futbolun parodiyasından başqa bir şey deyildir: 


"Mən bu məsələyə əhəmiyyət verib çox danışmaqla onun təşviqinə xidmət etmək istəmirəm. Bildiyiniz kimi, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bununla bağlı etirazını bildirib. Bu oyunlarda iştirak edənlər sırasında olan Laplandiyanın adı mənə “qarlar ölkəsi” ilə bağlı nağılları xatırladır. Əslində elə erməni psixologiyası nağıllar və əfsanələr üzərində qurulub və onlar buna inanırlar".(Yeniavaz.com)

 

 


 
 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top