Bakıda polis bölməsində saxlanılan şəxs özünü bıçaqladı

HADİSƏ 02 iyn 2019, 12:24

Binəqədi polis idarəsində 1 nəfər özünə xəsarət yetirib.

 

Demokrat.Az "Report"a isinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Cabbarov Emin İsgəndər oğlu özünü bıçaqlayıb. 

 

Onu dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. 

 

Yaralıya qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

 

Bildirilir ki, Emin Cabbarov cinayət işi törətdiyinə görə, polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Onun cibində bıçaq olduğundan özünə xəsarət yetirib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top