"Liverpul" 14 ildən sonra Çempionlar Liqasını qazandı — YENİLƏNİB

İDMAN 02 iyn 2019, 01:04

"Liverpul" tarixində 6-cı dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 

 

Demokrat.Az -ın məlumatına görə, turnirin həlledici oyununda iki İngiltərə klubu "Tottenhem" və "Liverpul" qarşılaşıb. 

 

Görüşün ikinci dəqiqəsində "Liverpul"un misirli ulduzu Məhəmməd Salah penaltidən vurduğu qolla komandasını hesabda önə çıxarıb. Erkən vurulan qol komandaya həm də psixoloji üstünlük qazandırıb. Hər iki tərəfin cəhdlərinə baxmayaraq, ilk hissə elə bu hesabla yekunlaşıb. Növbəti 45 dəqiqə "Tottenhem"in əraz üstünlüyü şəraitində keçsə də, bu, hesabda öz əksini tapmayıb. Əvəzində "Liverpul" görüşün sonlarına yaxın fərqi iki topa çatdırıb. "Barselona" ilə ikinci yarımfinal oyununun qəhrəmanı Divok Origi sonradan meydana çıxıb və məşqçinin ümidlərini doğruldub. Belə ki, belçikalı hücumçu 87-ci dəqiqədə qarşısıalınmaz zərbə ilə matçda son nöqtəni qoyub (2:0).

 

Qeyd edək ki, "Liverpul " sonuncu dəfə Çempionlar Liqasının kubokunu 2004/2005 mövsümündə götürmüşdü və bu sayca 6-cı tituldur. Komanda bu göstəriciyə görə yalnız Madrid "Real"ından (13 dəfə) və "Milan"dan (7 dəfə) geri qalır. 

 

 

1 İYUN 

UEFA ÇEMPİONLAR LİQASI

FİNAL

"Tottenhem" - "Liverpul" - 0:2

Qollar: Məhəmməd Salah, 2 dəq. (penalti); Divok Origi, 87 dəq.

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos (Sloveniya)

İspaniya, Madrid. "Vanda Metropolitano" stadionu

 

 

"Tottenhem" : 1. Uqo Loris, 2. Kiran Tripye, 3. Deni Rouz, 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 8. Harri Vinks, 17. Mussa Sissoko, 23. Kristian Eriksen, 20. Dele Alli, 7. Son Xin Min, 10. Harri Keyn

Ehtiyat oyunçular: Mişel Vorm, Paulo Qassaniqa, Davinson Sançes, Kayl Uolker, Xuan Foyt, Serj Orye, Ben Deyvis, Erik Lamela, Viktor Vanyama, Erik Dayer, Fernando Lorente, Lukas Moura

 

"Liverpul": 13. Alisson Beker, 4. Vircil van Deyk, 66. Trent Aleksandr-Arnold, 32. Joel Matip, 26. Endryu Robertson, 3. Fabinyo, 14. Cordan Henderson, 5. Corcinyo Vaynaldum, 10. Sadio Mane, 11. Məhəmməd Salah, 9. Roberto Firmino

Ehtiyat oyunçular: Simon Minyole, Kyuvin Kelleher, Co Qomes, Deyan Lovren, Alberto Moreno, Adam Lallana, Ceyms Milner, Aleks-Oksleyd Çemberlayn, Cerdan Şakiri, Rayan Bryuster, Divok Origi, Daniel Starric.

 

 

 

Demokrat.Az

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top