Politoloq Ukraynanı bölməyi təklif edir — Üç müstəqil dövlətə

İnsanların sülh və əminamanlıq şəraitində yaşaması üçün Ukraynanı üç müstəil dövlətə bölmək lazımdır. Ancaq dünya birliyi ölkələrin ərazi bütövlüyünü önə çəkir və anlamır ki, bugünkü Ukrayna həyati qabiliyyətli deyil. 


Demokrat.az xəbər verir ki, bu barədə «NewsFront» internet-kanalın efirindən politoloq Oleq Xaviç bəyan edib.


Qeyd etmək yerinə düşər ki, siyasi analitik Xaviç Ukraynanın federallaşmsının və onun qərb hissəsinin muxtariyyətinin tərəfdarı kimi məşhurdur. O, 2017-ci ildə dəyirmi masada rumın azlığının (Bukovində) hüqunlarının pozulması barədəki çıxışına görə, Donbasda antiterror əməliyyatı vetereranları tərəfindən hücuma məruz qoulub. Bundan sonra Xaviç polis tərəfindən saxlanıb, sonra isə Ukrayna təlükəsizlik xidmətinin əməkdaşları onun mənzilində axtarış aparıblar.

 

Image result for Олег Хавич


Ekspertin sözlərinə görə, Sovet İttifaqının dağılmasından sonra o, belə fikirə gəlib ki, Ukrayna dövləti özünün indiki sərhədləri daxilində mövcud ola bilməz. 


İnsanların normal yaşaması üçün Ukrayna sadəcə, minimum 3 ölkəyə bölünməlidir – «Yeni Rusiya», «Kiçik Rusiya» və Qərbi Ukrayna – ekspert sonuncunu köhnə Avstriya adı ilə Ruteniya adlandırıb.


«İnsanların sadəcə, normal yaşaması üçün Ukravyna dövləti üç müstəqil dövlətə bölünməlidir – «Kiçik Rusiya», «Yeni Rusiya» və Ruteniya. Əgər bu hissələr ayrılarsa -dinc yolla ayrılma arzuolunandır – o zaman onların hər birinin hamını qane edə bilən gələcək həyatını necə qurması, hansısa siyasət qurması barədə danışmaq olar» – deyə, ekspert bildirib.


Bunun ardınca siyasətçi danışıb ki, bu gün Ukrayna vahid sərhədlər daxilində əhali qruplarının yalnız bir-birinə nifrətini qoruyub saxlayır. Ona görə də, nə qədər ki, dünya birliyi Ukraynanın ərazi büğövlüyünü önə çəkir, sakinərin bir hissəsinin o birisinə nifrəti artacaq…


«Mən, hər şeyi udan həmin nifrətin zəifləyəcəyinin perspektivini görmürəm. Çünki o, zəifləyəcəyi anda dövlət dağılacaq» - deyə, ekspert qeyd edib.(AzPolitika.info)

1 İyun 2019, 23:05   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß