"Bazardakı qiymət fərqləri diqqətimizdədir" — Nazir

SOSİAL 01 iyn 2019, 20:11

Kənd təsərrüfatı məhsullarına kənddə istehsalçı tərəfindən qoyulan qiymətlə pərakəndə satış nöqtələrindəki qiymət arasında kəskin fərqin olması Kənd Təsərrüfatı Nazirliyinin diqqət mərkəzindədir. 


Demokrat.az oxu.az-a istinadən bildirir ki, bu fikirləri jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.


"Məsələ nazirliyin diqqət mərkəzindədir. Bu problemi həll etmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir, satış yarmarkaları təşkil olunur, böyük şəbəkə marketlərlə istehsalçıların birbaşa əlaqələri yaradılır".


Nazir ölkə ərazisində arpa və buğda biçininə başlandığını da qeyd edib. 


"Aran bölgələrdə arpa və buğda biçininə başlanıb və tezliklə dağlıq ərazilərdə də başlanacaq. Texnika təminatı ilə bağlı heç bir problem yoxdur. Kənd Təsərrüfatı Nazirliyi və yerli qurumlar texnikanın səmərəli dislokasiya planını hazırlayıb və bu məsələdə problem olmayacaq. İyulun sonu-avqustun əvvəlinə qədər biçin başa çatacaq və bol məhsul olacaq", - İ.Kərimov əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top